Hərbçi modelimizi hicabda görənlər gözlərinə inanmayıblar


Digərləri 12 Okt 2018 20:52:00 297 0

Hərbçi modelimizi hicabda görənlər gözlərinə inanmayıblar

"II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın xüsusi təyinatlı hərbi qulluqçusu Tehranə Bəhruzi öz imicini dəyişərək sosial şəbəkələrdəki bütün izləyicilərini şoka salıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bəhruzi hicab geyinərək çəkdirdiyi şəkilləri "Facebook"-da paylaşıb.

Onun hicablı şəkilləri izləyicilərini heyrətləndirib. Sonra məlum olub ki, model öz imicini sadəcə yeni fotolayihədə iştirak etmək üçün dəyişib. Bəhruzi fotolarda müxtəlif məşhur brendlərin gəlinlik paltarlarını geyinib və həmçinin hicablı qızlar üçün geyimləri də reklam edib.

Qeyd edək ki, Bəhruzi beynəlxalq gözəllik müsabiqələrində iştirak etmək niyyətindədir. O, bununla yanaşı xüsusi təyinatlı qoşunda xidmətini davam etdirəcək.