Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar


Digərləri 12 Okt 2018 20:12:00 259 0

Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar

Professor Nauls Xellerbrandın rəhbərlik etdiyi Erlanqen-Nyurberq Universitetindən olan alimlər qrupu pivənin tərkibində sağlamlığa müsbət təsir edən iki maddə aşkar ediblər. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat alman universitetinin tibb fakültəsinin rəsmi saytında yerləşdirilib. 

Qeyd edilib ki, bu maddələr ksantoqimol və izo-alfa-acı turşularıdır. 

Alimlər müəyyən ediblər ki, ksantoqimol qaraciyərin piylənməsindən qorunmağa yardım edir, çəkinin artmasına əngəl törədir və xərçəng hüceyrələrini məhv edir.