Trampın 3 milyardına qarşı Blumberqin 50 milyardı


Dünya 12 Okt 2018 19:40:00 277 0

Trampın 3 milyardına qarşı Blumberqin 50 milyardı

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa güclü rəqib gəlir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-Yorkun keçmiş meri Maykl Blumberq demokratların cərgəsinə qayıtdığını rəsmən elan edib. Xarici KİV-lər onun dairəvi kabinetdəki kreslo üçün yarışmağa hazır olduğunu iddia edirlər: 

"2016-cı ilin noyabrında amerikalılar təcrübəli senator və eks dövlət katibi (Hillari Klinton) ilə milyarder (Donald Tramp) arasında seçim etməli oldular. 2020-ci ildə isə görünür, iki milyarder arasından öz prezidentlərini seçəcəklər". 

Biznesmen-multimilyarder Rusiya imperiyasından gələn yəhudi immiqrantların nəslindən, həmçinin Harvard biznes məktəbinin ən məşhur məzunlarındandır. 

Trampın cəmi 3,1 milyard dollarlıq sərvətinə qarşı Blumberqin təxminən 50 milyard dollarlıq sərvəti durur. Onun siyasətə qayıdışının həm Demokratlar partiyası, həmçinin bütün ölkə üçün həlledici olacağı gözlənilir. 

Bir neçə il əvvəl Blumberqlə Tramp arasında maraqlı atışma da yaşanmışdı. Belə ki, Trampı tənqid edən Blumberqə cavab olaraq birinci onun boyunu məsxərəyə qoyaraq eks-meri prezidentlik yarışına qoşulmağa cəsarəti çatmayan "çox balaca adam" adlandırmışdı.