Dünyanın nüfuzlu pul köçürmə sistemi - “Zolotaya Korona” indi "Unibank Mobile"da


Digərləri 12 Okt 2018 18:57:00 333 0

Dünyanın nüfuzlu pul köçürmə sistemi - “Zolotaya Korona” indi "Unibank Mobile"da

Cəmi bir neçə saniyəyə, elə olduğunuz yerdə, dünyanın onlarla ölkəsinə pul köçürmək imkanınız var.

Bakı. Cəmi bir neçə saniyəyə, elə olduğunuz yerdə, dünyanın onlarla ölkəsinə pul köçürmək imkanınız var. Bu imkanı sizə Unibank Mobile yaradıb. Unibank-dan Trend-ə verilən məlumata görə, mobil əlavənin köməyi ilə artıq telefonunuzdan Zolotaya Korona sistemi vasitəsilə pul köçürə bilərsiniz. Günün istənilən vaxtı bir toxunuşla köçürmə edin! Unibank Mobile-da yeni xidmət sizə hansı imkanları yaradır? Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək; Köçürdüyünüz pulun saniyələr ərzində ünvanına çatması; Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari hesabları seçməklə aparmaq imkanı; Ölkə xaricinə manatla köçürmələrdə komissiya 0% (Zolotaya Koronanın həmin günə olan məzənnəsi ilə konvertasiya olunacaq); Vəsaiti qəbul edən şəxsin telefonunda “Unibank Mobile” əlavəsinin olması vacib deyil; Vəsaiti göndərən şəxsin köçürməni təsdiq etdikdən sonra əldə etdiyi “Köçürmə kodu”nu vəsaiti qəbul edən şəxsə göndərməsi kifayət edir ki, bu kod vasitəsilə “Zolotaya Korona” köçürmə sistemi olan istənilən banka yaxınlaşaraq vəsaiti alsın; Yüksək təhlükəsizlik. Beynəlxalq və yerli monitorinq şirkətlərinin araşdırmalarına əsasən, Azərbaycanın ən çox yüklənən bank əlavəsi seçilən Unibank Mobile istifadəçilərinin sayı hazırda 200.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərindən öz telefonunda istifadə imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.