Cavid Qurbanov: "Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir"


Digərləri 12 Okt 2018 18:32:00 335 0

Cavid Qurbanov: "Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir"

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Son.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət ediblər.

"Azərbaycan Dəmir Yollan" QSC-nin sədri Cavid Qurbanov KİV nümayəndələrinin suallarını cavablandırıb.

"Azərbaycan Dəmir Yollan" QSC-də keçirilən tədbiri giriş sözü ilə açan sədr C.Qurbanov tədbir iştirakçılarını dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

Sonra Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxundu.

C.Qurbanov çıxışına davam edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir.