Polşa vətəndaşı Azərbaycan xalqından və dövlətindən üzr istədi


Digərləri 12 Okt 2018 18:36:00 244 0

Polşa vətəndaşı Azərbaycan xalqından və dövlətindən üzr istədi

Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş edib.

XİN-dən Son.az-a verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.

O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının "Arzuolunmaz şəxslərin siyahısı"ndan çıxarılmasını xahiş edib.