Moldova ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib


Siyasət 12 Okt 2018 18:27:00 282 0

Moldova ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın sədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.".

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Moldova tərəfinə bildiriş göndərmək tapşırılıb.

Son.az