Ziyafət Əsgərov: "Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək doğru deyil"


Siyasət 12 Okt 2018 18:28:00 298 0

Ziyafət Əsgərov: "Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək doğru deyil"

"Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib: "Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Bəyəm onlar xaricdə oxuyanlardan əksikdirlər?".

Vitse-spiker qeyd edib ki, xarici universitetlərdə verilən təhsil heç də qeyri-adiliyi ilə fərqlənmir: "Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhslini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər".