Polşa vətəndaşının adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb


Digərləri 12 Okt 2018 18:11:00 253 0

Polşa vətəndaşının adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Volomin povyatının starostası Kazimir Rakovski adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bakı. Polşa vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.