Yeni ‘’DBS Superleggera’’nın təqdimatı: İki məşhur brend, bir möhtəşəm Super GT


Digərləri 12 Okt 2018 18:06:00 224 0

Yeni ‘’DBS Superleggera’’nın təqdimatı: İki məşhur brend, bir möhtəşəm Super GT

"DBS Superleggera" bir deyil, iki tanınmış brendin yenidən canlanmasının göstəricisidir.

Bakı. "DBS Superleggera" bir deyil, iki tanınmış brendin yenidən canlanmasının göstəricisidir. Aston Martin ilk dəfə 1967-ci ildə DBS ilə işıq üzü görən bir simvol etiketini canlandırarkən, ‘’Tourig’’-in məşhur markası olan Superleggera yenidən bir daha ‘’Aston Martin’’-nin kapotunu bəzəyəcək. İlkin olaraq DB4, DB5 və DB6 MARK 1 ilə əməkdaşlığa başlayan DBS Superleggera məşhur İtaliyan avtomobil yaradıcılarının tarixi sayılan yüngül konstruksiya texnologiyasına ehtiramla yanaşır. Yeni DBS Superleggera Aston Martinin davamçısı olan Super GT-yə malikdir. Öz qaydalarına əsaslanaraq dünya birinciləri ilə mübarizə aparır. İncə şəkildə özündə heykəltaraşlıq elementləri daşıyan karbon fiber örtüklü panellərinin hazırlanmasında brend yüksək indivudual stildən ilhamlanmışdır. Aston Martinin 5.2 litrli cüt turbo V12 silindirli mühərriki epik performansa sadiq qalaraq, möhtəşəm güc, nəfəs kəsici idarə etmə torqu və qeyri-adi transmissiya performasına köklənmişdir. Britaniya marque-nin (xüsusi avtomobil istehsal edən müəssisə) möhtəşəm yeni Super GT markası kimi DBS Superleggera tanınmış Vanquash S-i əvəz edir. Bu mübarizə üçün çox çətin bir hal olsa belə, lakin biriləri bunu etmək məcburiyyətində idi. 725PS ilə 900m fırlanma anı, maksimum sürət 211 mil və yüksək sürət ilə yalnız 3.4 saniyədə 0-62mph və 6.4 saniyədə 0-100mph-ə qədər arta bilən DBS Superleggera unudulmaz sürücülük təcrübəsi və 50-100mph ilə yalnız 4.2 saniyəyə transmissiyanın dördüncü pilləsinə qalxmağa nail olmuşdur. İlkin olaraq dekorasiya və Aeroblade kimi innovativ aerodinamika konsepsiyaları DB-11-də görülmüşdür və daha sonra təkmilləşərək F1 ikiqat diffuzoru əlavə edilmişdir. DBS Superleggera VMAX-da Aston Martin seriyası istehsalında ən böyük rəqəm hesab olunan 180-kqlıq yerə sıxılma gücü istehsal edir. Bu əhəmiyyətli artım heç bir gecikmə olmadan baş verir. DBS Superleggeranın ürəyi Aston Martinin-in 5.2 litrlik cüt turbo V12 mühərriyi hesab olunur. Ağırlıq və çəki paylama mərkəzinin optimallaşdırılması üçün mümkün qədər aşağı və şassidən uzaq yerlər seçilmişdir, bu yüksək performans sərgiləyən mühərrik 6500 dövr/dəq-də 725 at gücü və 1800-5000-dövr/dəq-dən 900nm istehsal edir. V12-nin aktivləşdirilməsi və effektiv klapanları olan dörd quyruq boruları ilə yeni bir egzoz (qazların xaric etmə sistemi) strategiyası ilə DBS-nin ətraflı qurulması DBS Superleggeranın komanda və güclü səs xarakterinə malik olmasını təmin edir, Xüsusi ilə daha çətin dinamik rejimlərdə Super GT kimi incəlik və sükunət səviyyəsini qoruyub saxlayır. DBS Superleggera açarsız giriş, şin təzyiqini yoxlama sistemi, 360% Parking Distance Display və Park Assist kamerası kimi standart avadanlıqların ən yüksək səviyyəsinə malikdir. Audio sistemi özündə DAB plus Bluetooth audio və telefon, iPod, iPhone və USB ilə qoşulma xüsusiyyətlərini birləşdirir. Avtomobil peyk naviqasiya sistemi və wi-fi ilə təchiz olunmuş mərkəzə malikdir. Avtomobilin daxilində mərkəzi toxunuşla idarə olunan LCD ekranını dəstəkləyən əyləncəli-informativ sistemlər mövcuddur. DBS Superleggera, flaqman statusuna sahib olduğu sayəsində, qabaqcıl vəziyyətinə uyğun olaraq, yüksək səviyyəli seçimlərin fərdiləşdirilməsinə görə geniş əhatəli bir sənətkarlıq xüsusiyyəti daşıyır.Həmçinin standart sayılan aromatik dəri və Alcantra döşəmə örtüyü ilə təchiz olunur, bundan əlavə olaraq da Sport Plus oturacaqlarına və sükanına malikdir. İki təkər dizaynı arasında seçim mümkündür, bunlardan standart sayılan ‘’Y’’ Spoke Forged Wheel və Lightweight Twin Spoke Forged Wheel təkərləridir. Hər ikisi 21 diametrli və DBS Superllegera üçün hazırlanmış Pirelli şinləri ilə təchiz olunmuşdur. DBS Superleggera-nın imicini əks etdirən xüsusi aspektlərini önə çəkmək məqsədi ilə, Aston Martin dizayn komandası tərəfindən xüsusi seçilmiş rəng və ümümi görünüş kimi Dizayn Xüsusuiyyətləri seçimləri də var. Aydın və göz oxşayan zərif materiallardan istifadə edərək, interyer də öz növbəsində möhtəşəm dizayn ilə işlənmişdir. Əsrarəngiz dəstəkləyici Sports Plus oturacaqları tam olaraq sizin rahatlığınızı təmin edir, Sports Plus sükanı isə başqa bir mükəmməllikdir. Avtomobil salonunda sürücününün diqqətinin cəmlənməsi üçün xüsusi məlumat çərçivəsi də yerləşdirilmişdir.