Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib
Digərləri 12 Okt 2018 17:52:00 258 0
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş illik toplantısında iştirak edib.
Son.az xəbər verir ki, MŞ sədri tədbirdəki çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xüsusən də şikayətləri araşdırması təcrübəsi, eyni zamanda ölkədə söz və ifadə azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar barədə geniş məlumat verib.
Ə.Amaşov Şuraya daxil olan şikayətlərdə ifadə olunan başlıca narazılıq motivləri, qurumun çıxardığı qərarlarda əksini tapan məsələlər barədə də söz açıb. Son zamanlar Azərbaycanda internetin sürətlə inkişaf etdiyini vurğulayan MŞ sədri bu cəhətin internet media orqanlarının say tərkibinə təsirini önə çəkib. O, Şuraya daxil olan şikayətlərə də mövcud məqamın sırayət etdiyini konkret faktlarla əsaslandırıb.
Mənbə: milli.az