Türkiyədə amerikalı keşiş sərbəst buraxıldı


Digərləri 12 Okt 2018 17:39:00 243 0

Türkiyədə amerikalı keşiş sərbəst buraxıldı

Bu gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib.

Bakı. Rufiz Hafizoğlu - Bu gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib. Trend-in məlumatına görə, məhkəmə ona 3 il 1 ay 15 gün şərti cəza kəsilməsi haqqında qərar qəbul edib. Eləcə də məhkəmənin qərarına görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa biləcək.