Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı


Digərləri 12 Okt 2018 17:38:48 222 0

Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı

Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı.

Bakı. Ceyhun Ələkbərov - Trend Bu gün Badamdar qəsəbəsində baş vermiş sürüşmə hadisəsi həmin ərazidə yerləşən bir sıra iaşə obyektlərinin işinə mənfi təsir göstərib. Trend-in məlumatına görə, Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən yolun kənarındakı yamacda sürüşmə səbəbindən ətrafda yerləşən bəzi iaşə obyektləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Qeyd edək ki, sürüşmə ilə əlaqədar Badamdar - "20-ci sahə" və "20-ci sahə" - Badamdar yolu bağlanıb, nəqliyyatın hərəkətinə icazə verilmir.