Prezident İlham Əliyev jurnalistin səhhətində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı göstəriş verib
Siyasət 12 Okt 2018 17:21:00 76 0
Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.
Bu xəbəri də oxu: Siyavuş Novruzov: "Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir"
Bu barədə Son.az-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib.
Qeyd olunub ki, Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.
Şuranın Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, humanistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər.
Mətbuat Şurasının müraciətində bildirilib: "Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində reportyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlamlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir".
Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri davam etdi

Prezident İlham Əliyev jurnalistin səhhətində yaranmış problemlərin arad

106 metr uzunluğu olan "Mirage" adlı yaxtanın dəyəri 264,2 milyon

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlan

Elm və təhsilin inkişafına dəstəyi ilə seçilən "Nar"ın Naxç

Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) i

Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev istefa verdiyini aç

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti hazırda İstanbulun Atatü

Avropa Mətbuat Şuraları Alyansının toplantısı iki gün davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkd

Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin medalının təsis e

Futbol üzrə Belçika çempionatının yüksək də

Oktyabrın 10-da, dünya premyerasına bir gün qalmış "ParkCinemaFlameTo

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "TwentyEighty
