Ermənilər BUNU DA ETDİ: “Bura ata torpağımızdır” dedilər və...


Dünya 12 Okt 2018 17:28:00 280 0

Ermənilər BUNU DA ETDİ: “Bura ata torpağımızdır” dedilər və...

Türkiyənin Van bölgəsindəki Akdamar kilsəsində ibadət etməyə gələn ermənilər Ermənistan bayraqlarını dalğalandırıb.

Son.az xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin verdiyi məlumata görə, Türkiyə torpaqlarına gələn ermənilər "bura bizim ata torpaqlarımızdır" mesajlarını veriblər.

"Vana gələn ermənilər sosial şəbəkələrdə "Qərbi Ermənistan"a gedirik deyə yazırlar. Onlar dini ayinlərini yerinə yetirməyə gəlmirlər, bu ad altında siyasi mesajlar verirlər. Ermənilər Vanla yanaşı Qarsda da eyni şey etdilər. Qarsa gələn ermənilər qədəh toqquşdurub "ata torpaqlarımızdayıq" deyirlər", - deyə o bildirib.


Xəbərə aid fotolar