Bakcell enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi


Digərləri 12 Okt 2018 17:29:43 186 0

Bakcell enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi (Ost-Ausschuss – Osteuropaverein der Deutschen Wirtschaft e.V.) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Builki tədbirin əsas mövzuları enerji və İKT sektorunda islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının enerji və İKT sahələri üzrə layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub. Tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, yerli biznes mühitinin yüksək vəzifəli nümayəndələri, Almaniyanın Azərbaycandakı Səfirliyinin və aparıcı alman şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar enerji sektorunda innovasiyalar və iqtisadi islahatlar sahəsində İKT-nin hərəkətverici qüvvəsi barədə panel müzakirələrində iştirak edib.