264 milyon dollarlıq gözəgörünməz yaxta inşa olunur


Digərləri 12 Okt 2018 17:16:00 233 0

264 milyon dollarlıq gözəgörünməz yaxta inşa olunur

106 metr uzunluğu olan "Mirage" adlı yaxtanın dəyəri 264,2 milyon dollar olacaq.

Son.az Daily Mail-ə istinadən bildrir ki, 4200 ton su tutumlu, 6 göyərtəli superyaxta 14 sərnişin və 29 nəfərlik heyət üçün nəzərdə tutulub.

19 knot/saat sürətli yaxtanın ən böyük özəlliyi "gözəgörünməzlik" funksiyasıdır. Belə ki, kapitanın müvafiq əmrindən sonra işə salınacaq sistem yaxtanın səthini xüsusi elektron güzgülərlə örtəcək, "Mirage" 50 metr məsafədən gözəgörünməz olacaq.


Xəbərə aid fotolar