Bakıda restoran sahibini hədələyərək pul tələb edənlərin məhkəməsi başladı


Digərləri 12 Okt 2018 16:56:00 215 0

Bakıda restoran sahibini hədələyərək pul tələb edənlərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 22-ə təyin edilib.

İttihama görə, E.Mərdanov və E.Hüseynov Bakıda tanışları, restoran sahibi Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər.