Deputat: Hüquqi məntiq Cahangir Hacıyevin həyat yoldaşının Britaniyada müsadirə olunan sərvətinin Azərbaycana qaytarılmasını deyir


Digərləri 12 Okt 2018 16:39:00 238 0

Deputat: Hüquqi məntiq Cahangir Hacıyevin həyat yoldaşının Britaniyada müsadirə olunan sərvətinin Azərbaycana qaytarılmasını deyir

Hüquqi məntiq Cahangir Hacıyevin həyat yoldaşının Britaniyada müsadirə olunan sərvətinin Azərbaycana qaytarılmasını deyir.

Bakı. Elçin Mehdiyev – Hüquqi məntiq Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyada müsadirə olunan milyonlarla sərvətinin Azərbaycan dövlətinə qaytarılmasını deyir. Bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev bildirib. Q.Həsənquliyev deyib ki, bu istiqamətdə məhkəmə işi davam edir: “Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları da Britaniya tərəfinə müraciət etməli, həmin maliyyə vəsaitinin dövlət bankından mənimsənilməsi ilə bağlı dəlillər varsa, Britaniya məhkəməsinə təqdim etməlidir”.