Qənirə Paşayeva AŞPAda ciddi məsələsini qaldırdı


Siyasət 12 Okt 2018 16:22:00 67 0

Qənirə Paşayeva AŞPAda ciddi məsələsini qaldırdı

Azərbaycanlıların Ermənistandakı öz ata-baba torpaqlarından deportasiyası...

Millət vəkili, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞ PA-da azərbaycanlıların bugünki Ermənistandan, öz ata-baba torpaqlarından 1948 və 1988-ci illərdəki deportasiyası məsələsini qaldırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla Azərbaycandan alınaraq Ermənistana verilməsinin bu il 100 ili tamam olur.

Millət vəkilinin sözlərinə görə, XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Qafqazda Rusiya işinə yeni təhlükə" adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqaza ruslar tərəfindən köçürülüb 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir:

"Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv etmiş, yer adlarını dəyişmişlər. Əziz dostlar, biz bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu. Əziz dostlar, mən böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən zorla qovdu. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər".

Q.Paşayeva qeyd edib ki, bu günə qədər də on minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır:

"Mən təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram. Onlar sizi pozulan haqlarının müdafiəsi istiqamətində dəstək olmağa çağırırlar. Əziz dostlar, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları bu ölkədən, tarixi ata-baba yurdlarından qovmaqla dayanmadı, azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələri, qəbirstanlıqları dağıtdı. Buna səssiz qalmamalısınız."

Ən uzunmüddətli aviareys həyata keçirilib like
  • 12 Okt 16:21  
Dünya Ən uzunmüddətli aviareys həyata keçirilib

"Singapore Airlines Airbus A350-900URL" avialayneri 17 saat 52 dəqiqə havada q

arrow Ətraflı
"Azəriqaz": Sürüşmə zonasında 11 evin qazı kəsildi like
  • 12 Okt 16:18  
Digərləri "Azəriqaz": Sürüşmə zonasında 11 evin qazı kəsildi

Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzill

arrow Ətraflı
Manaf Ağayev ARB TVnin əməkdaşına hücum etdi like
  • 12 Okt 16:17  
Şou-biznes Manaf Ağayev ARB TVnin əməkdaşına hücum etdi

Müğənni Manaf Ağayev ARB TV-nin əməkdaşlarına hücum edib.  Son.az a

arrow Ətraflı
Müşviqabad sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO) like
  • 12 Okt 16:13  
Digərləri Müşviqabad sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Müşviqaba

arrow Ətraflı
Aydın Xırdalanlı həyatı barədə inanılmaz like
  • 12 Okt 16:13  
Şou-biznes Aydın Xırdalanlı həyatı barədə inanılmaz

Meyxana ustası Aydın Xırdalanlı son günlər meyxana aləmində baş verənl

arrow Ətraflı
Qaçan gəlinin anası qızının kimin yanında olduğunu biləndə başını tutdu like
  • 12 Okt 16:04  
Digərləri Qaçan gəlinin anası qızının kimin yanında olduğunu biləndə başını tutdu

İmişlidə 4 azyaşlı övladını atarq ər evindən qaçan Camalova Rövşan

arrow Ətraflı
Səfir: Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3-ni təmin edəcək like
  • 12 Okt 15:55  
Digərləri Səfir: Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3-ni təmin edəcək

Azərbaycan Bolqarıstanda qaza olan tələbatın 1/3-ni təmin edəcək.

arrow Ətraflı
Bağçalarda teatra 6 manata bilet satılması ilə bağlı məlumatlara MÜNASİBƏT like
  • 12 Okt 15:55  
Digərləri Bağçalarda teatra 6 manata bilet satılması ilə bağlı məlumatlara MÜNASİBƏT

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaq bağçalarında 6

arrow Ətraflı
MDB Veteranlar təşkilatlarının Minsk toplantısı keçirilib (FOTO) like
  • 12 Okt 15:47  
Digərləri MDB Veteranlar təşkilatlarının Minsk toplantısı keçirilib (FOTO)

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliy

arrow Ətraflı
“Star” neft emalı zavodunun açılış tarixi məlum olub like
  • 12 Okt 15:45  
Digərləri “Star” neft emalı zavodunun açılış tarixi məlum olub

Türkiyədə SOCAR-a məxsus "Star" neft emalı zavodunun rəsmi açı

arrow Ətraflı