Sürüşmə zonasında 11 evin qazı kəsildi


Digərləri 12 Okt 2018 16:23:00 270 0

Sürüşmə zonasında 11 evin qazı kəsildi

Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərə təbii qazın verilişi dayandırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

İ.Kərbəlayevin sözlərinə görə, sürüşmə baş verən kimi ərazidə olan 11 fərdi evə təbii qazın verilişi dayandırılıb:

"Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Günün sonuna qədər veriləcək qərarı gözləyirik. Qərardan asılı olaraq əraziyə qazın verilib verilməyəcəyi məlum olacaq".