Seysmoloji Xidmət Mərkəzi Badamdardakı sürüşmə ilə bağlı problemləri araşdırmağa başladı


Digərləri 12 Okt 2018 16:05:00 249 0

Seysmoloji Xidmət Mərkəzi Badamdardakı sürüşmə ilə bağlı problemləri araşdırmağa başladı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.

Bakı. İlhamə İsabalayeva - Bakı şəhərinin Səbail rayonunda Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar. Mərkəzin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.