Bağçalarda teatra 6 manata bilet satılması ilə bağlı məlumatlara MÜNASİBƏT


Digərləri 12 Okt 2018 15:55:00 321 0

Bağçalarda teatra 6 manata bilet satılması ilə bağlı məlumatlara MÜNASİBƏT

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaq bağçalarında 6 manata bilet satması ilə bağlı məlumatlara münasibət bildirib.

Son.az xəbər verir ki, teatrın mətbuat katibi Həmidə Rüstəmova report-a açıqlamasında bildirib ki, adətən belə hallarla rastlaşırlar.

O qeyd edib ki, Kukla Teatrı açıq kassa üsulu ilə işləyir, uşaq bağçaları, məktəblər və digər təhsil müəssisəsində bilet satışını həyata keçirmir: "Həmin qurumlar bizə müraciət edib kassadan bilet alırlar və bu biletlər üçün stabil qiymət var. Bölməsindən və saatından asılı olmayaraq uşaqlar üçün tamaşalara biletin qiyməti 3 manatdır. Böyük yaş qrupu üçün festival və kukla tamaşaları 5 manatdır və bu qiymət yalnız böyüklər üçündür. Azərbaycan Dövlət Kukla Teatrı ölkənin əsas kukla teatrıdır, Kukla teatrı deyərkən Azərbaycan Dövlət Kukla Teatrı nəzərdə tutulur. Biz özümüz də teatrın adından istifadə edən şəxslərə qarşı mübarizə aparırıq. Əgər kimsə belə hallarla rastlaşsa, bizə məlumat vermələrini xahiş edirik".