Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb


Digərləri 12 Okt 2018 15:19:13 292 0

Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Nazirlə görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi, həmçinin bu sistemin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün aparılan işlər barədə məlumat verib. O, ölkəmizin bütün bölgələrində, o cümlədən Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini, son iki ildə bu beş rayonda 30-dan çox fərdi evin inşa etdirilərək həmin insanlara təqdim olunduğunu deyib. Qəbul zamanı S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq yaşadıqları ərazidəki müəssisələrdə olan vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğuluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar.