Castin Biber hönkürhönkür ağladı FOTO


Digərləri 12 Okt 2018 15:09:00 367 0

Castin Biber hönkürhönkür ağladı  FOTO

Keçmiş sevgilisi Selena Qomezin xəstəxanaya yerləşdirildiyini eşidən Castin Biber göz yaşlarına hakim ola bilməyib.

Son.az publik-ya istinadən xəbər verir ki, 24 yaşlı müğənni gözlənilmədən 21 yaşlı model Heyli Bolduinlə rəsmi nikaha daxil olsa da, görünür, eks-sevgilisinə qarşı hissləri hələ də qalıb. Şahidlərin sözlərinə görə, Selena Qomezin səhhətinin və psixoloji vəziyyətinin yaxşı olmadığını öyrənən C.Biberi öz maşınında ağlayan görüblər.

"Castin Selena üçün həmişə narahat olacaq. Onun üçün müğənninin səhhətində problemlər olduğunu eşitmək ağırdır. Onlar hər ikisi uzun illər ərzində öz xəstəlikləriylə mübarizə aparıb, Castin həmişə Selenanın qayğısına qalırdı. Castin istəyir ki, o, xoşbəxt və sağlam olsun", - deyə mənbə bildirib.

Şahidlər onu da əlavə edib ki, müğənni ilə birlikdə maşında xanımı Heyli də olub və o, hönkür-hönkür ağlayan ərinə bir qədər təəccüblə baxıb.

Selenanın yaxını isə bildirib ki, vəziyyəti artıq yaxşılaşmağa doğru gedir. Bununla belə, o, təkzib etməyib ki, müğənninin depressiyaya düşüməsinin səbəblərindən biri keçmiş sevgilisinin gözlənilmədən evlənməsi olub:


Xəbərə aid fotolar