Əbülfəs Qarayev: "Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir"


Digərləri 12 Okt 2018 14:57:29 73 0

Əbülfəs Qarayev: "Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir"

Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir.

Bu xəbəri də oxu: Ərdoğan nikah şahidi oldu FOTO

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransında iştirak edən Azərbaycanən mədəniyyət naziri Əbülfəs Qarayev TASS agentliyinə müsahibəsində bildirib.

Ə.Qarayev qeyd edib ki, ölkəmizin siyasəti tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlib: "Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ISESCO ilə əməkdaşlığa çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır. Biz çoxlu konfranslar, "dəyirmi masa"lar keçirir, təhsil proqramlarını reallaşdırırıq. ISESCO-nun bundan əvvəlki, 12-ci Baş Konfransı 2015-ci ildə Bakıda keçirilib. Bugünkü hesabat məruzəsində və nümayəndələrin çıxışlarında qeyd edildiyi kimi, həmin konfrans uğurlu olub".

Nazir vurğulayıb: "Bu gün Azərbaycan ISESCO-nun Baş Konfransının sədri səlahiyyətlərini təhvil verir, lakin fəal əməkdaşlığımız, əlbəttə, davam edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin dialoqunun inkişafına, ümumbəşəri dəyərlər naminə İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik".

Onun sözlərinə görə, son üç ildə ISESCO-nun Baş Konfransına rəhbərlik edən Azərbaycan bir sıra iri tədbirlər keçirib. Nazir sözünə davam edərək deyib: "Məsələn, 2017-ci ildə Bakıda çoxsaylı iştirakçıları olan IV İslam Həmrəylik Oyunları keçirilib. Mənim fikrimcə, bu Oyunlar çox uğurlu olub".

Ə.Qarayev qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini də hərtərəfli dəstəkləyir və həyata keçirir: "Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə mədəniyyətlərarası dialoq çərçivəsində Qərb və Şərq dünyası arasında əlaqələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif sahələrini təmsil edən təşkilatları mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun həmtəsisçiləri kimi birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində ISESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi. Keçən ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tərəfdaşlara qoşulub.

Bu o deməkdir ki, Azərbaycanın tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlmiş siyasəti sülh işinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir".

Ərdoğan: Türkiyə tezliklə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayacaq like
  • 12 Okt 14:57  
Digərləri Ərdoğan: Türkiyə tezliklə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayacaq

Türkiyə tezliklə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayac

arrow Ətraflı
Çində səmada "UNO" göründü  VİDEO like
  • 12 Okt 14:55  
Digərləri Çində səmada "UNO" göründü VİDEO

Çinlilər səmada naməlum uçan obyekt gördüklərini iddia ediblər.

arrow Ətraflı
Mişel qalaya büsqaltersiz getdi, like
  • 12 Okt 14:51  
Digərləri Mişel qalaya büsqaltersiz getdi,

Triller janrında çəkilən "Widows" filminin ötən gün Londonda pr

arrow Ətraflı
BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu like
  • 12 Okt 14:50  
Digərləri BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu

Layihə İdarətmə Məktəbinin yeni M4 qrupunun iştirakçıları sırasına B

arrow Ətraflı
Bakı Şəhər Halqası jurnalistlər arasında Kartinq Çempionatı təşkil edib  FOTO like
  • 12 Okt 14:46  
Digərləri Bakı Şəhər Halqası jurnalistlər arasında Kartinq Çempionatı təşkil edib FOTO

Oktyabrın 11-də yerli media nümayəndələri öz güclərini yarış trekind

arrow Ətraflı
Əbülfəs Qarayev: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir like
  • 12 Okt 14:44  
Digərləri Əbülfəs Qarayev: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir

Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəklə

arrow Ətraflı
2 yaşlı uşağın boynu eyvanın "reşotka"sına ilişdi, like
  • 12 Okt 14:42  
Digərləri 2 yaşlı uşağın boynu eyvanın "reşotka"sına ilişdi,

Sosial şəbəkələrdə 2 yaşlı uşaqla bağlı yayılan video qorxuya salır

arrow Ətraflı
Bakıda manyakoğru tutuldu like
  • 12 Okt 14:38  
Digərləri Bakıda manyakoğru tutuldu

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

arrow Ətraflı
Dəniz əsəbiləşdi: “Hamısını məhkəməyə verəcəm” like
  • 12 Okt 14:37  
Digərləri Dəniz əsəbiləşdi: “Hamısını məhkəməyə verəcəm”

Model Dəniz Akkaya haqqında yayılan təhdid və oğurluq iddiaları ilə bağ

arrow Ətraflı
Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olundular like
  • 12 Okt 14:36  
Digərləri Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olundular

Oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İn

arrow Ətraflı
Azər Axşam polisə şikayət etdi like
  • 12 Okt 14:33  
Şou-biznes Azər Axşam polisə şikayət etdi

İddia edir ki, oğlumu ilk arvadımdan alacam. Onun orientasiyası yerində dey

arrow Ətraflı
Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb like
  • 12 Okt 14:31  
Digərləri Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

arrow Ətraflı
Tiflisdəki görüş milyonları kövrəltdi  VİDEO  FOTO like
  • 12 Okt 14:30  
Digərləri Tiflisdəki görüş milyonları kövrəltdi VİDEO FOTO

"Corci" adlı köpək üç illik ayrılıqdan, axtarışlardan və üm

arrow Ətraflı
Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub like
  • 12 Okt 14:28  
Digərləri Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub

Oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İn

arrow Ətraflı