Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olundular


Digərləri 12 Okt 2018 14:36:29 47 0

Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olundular

Oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Oğuz rayon prokurorluğunda araşdırma aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq birgə xəbər yayıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 16 radələrində rayonun Calut kənd sakini Fəzail Həsənov idarə etdiyi avtomobillə qırıntı aparmaq üçün Oğuz meşəbəyiliyinin meşə dolayına gedib, həmin gün monitorinq aparıldığına görə meşə sahəsinə daxil olmasına icazə verməyən gözətçi Zahir Qılıncovun qanuni tələbinə tabe olmayaraq girişdə qoyulmuş şlaqbaumu avtomobillə vurub sındıraraq oradan uzaqlaşıb.

Araşdırmalarla həmçinin, F.Həsənovun avtomobillə kəndin mərkəzinə doğru irəlilədikdə qanun pozuntuzusunu sənədləşdirmək üçün hadisə yerinə gələn meşəbəyliyin digər əməkdaşlarının avtomobillərinin qarşısını kəsib onların ünvanına nalayiq söyüşlər söyməsinə, eləcə də qohumu Azər Əlmərdanovla birlikdə əməkdaşlardan biri Vüqar Şəfiyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər istintaq hərəkətləri aparılıb.

F.Həsənov və A.Əlmərdanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azər Axşam polisə şikayət etdi like
  • 12 Okt 14:33  
Şou-biznes Azər Axşam polisə şikayət etdi

İddia edir ki, oğlumu ilk arvadımdan alacam. Onun orientasiyası yerində dey

arrow Ətraflı
Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb like
  • 12 Okt 14:31  
Digərləri Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

arrow Ətraflı
Tiflisdəki görüş milyonları kövrəltdi  VİDEO  FOTO like
  • 12 Okt 14:30  
Digərləri Tiflisdəki görüş milyonları kövrəltdi VİDEO FOTO

"Corci" adlı köpək üç illik ayrılıqdan, axtarışlardan və üm

arrow Ətraflı
Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub like
  • 12 Okt 14:28  
Digərləri Oğuz Meşəbəyliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub

Oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İn

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb  FOTO like
  • 12 Okt 14:28  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb FOTO

Oktyabr ayının 12-də"AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Qadın qonşusu tərəfindən amansızlıqla döyüldü like
  • 12 Okt 14:24  
Digərləri Qadın qonşusu tərəfindən amansızlıqla döyüldü

Tovuzda qadın qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.

arrow Ətraflı
Xaçmazda yolu keçən piyada avtomobillə vurulub like
  • 12 Okt 14:22  
Digərləri Xaçmazda yolu keçən piyada avtomobillə vurulub

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində “KİA” markalı avtomobillə

arrow Ətraflı
Qasırğa hərbi bazanı viran qoydu  FOTO like
  • 12 Okt 14:21  
Dünya Qasırğa hərbi bazanı viran qoydu FOTO

ABŞ-ın cənub-şərq ştatlarını vurmuş "Maykl" qasırğası ölk

arrow Ətraflı
İstanbulun yeni aeroportundan like
  • 12 Okt 14:19  
Digərləri İstanbulun yeni aeroportundan

İstanbulun yeni hava limanından Bakıya aviabiletin qiyməti açıqlanıb.

arrow Ətraflı
Bakıda 9 manata gözyaşardıcı qaz balonları satılır like
  • 12 Okt 14:15  
Digərləri Bakıda 9 manata gözyaşardıcı qaz balonları satılır

Azərbaycanda gözyaşardıcı qazdan kimlər istifadə edə bilər, satışına

arrow Ətraflı
Qırğızıstanın xarici işlər naziri istefa verdi like
  • 12 Okt 14:13  
Digərləri Qırğızıstanın xarici işlər naziri istefa verdi

Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev istefa verdiyini aç

arrow Ətraflı
Türkiyədə bu da oldu: like
  • 12 Okt 14:10  
Dünya Türkiyədə bu da oldu:

Toyda çəkilən görüntülər Türkiyə mediasında "rüsvayçılıq&quo

arrow Ətraflı
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı like
  • 12 Okt 14:07  
Digərləri Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı

Gəncə şəhər Səhiyyə idarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çı

arrow Ətraflı