Tiflisdəki görüş milyonları kövrəltdi VİDEO FOTO


Digərləri 12 Okt 2018 14:30:00 331 0

Tiflisdəki görüş milyonları kövrəltdi  VİDEO  FOTO

"Corci" adlı köpək üç illik ayrılıqdan, axtarışlardan və ümidsizlikdən sonra sahibinə qovuşub. Onun sahibi, 62 yaşlı Georgi Bereziani isə kövrəlib, göz yaşlarını saxlaya bilməyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Georgi iti Corcini üç il əvvəl itirmişdi. Köpək evdən çıxmış, qayıtmamışdı. Georgi üç ildi ki, Tiflisi, sonra da Gürcüstanı dolaşır, Corcinin itməsi barədə küçələrə elanlar vurur, köpəyini arayırdı.

Amma Corci tapılmırdı.

Bu günlərdə isə Tiflisdəki Opera Teatrının əməkdaşlarından biri Georgiyə zəng vurub: "Elandakı itə bənzəyən köpək binanın qarşısındadır. Bəlkə sizin itinizdir?!"

Georgi Bereziani dərhal həmin yerə yollanıb.

Səkidə köpəyi görən kimi tanıyan Georgi kövrəlib: "Corci! Corci, əzizim! Oğlum, necəsən?! Gəl yanıma, Corci!"


Xəbərə aid fotolar