Avtomobil icra hakimiyyətinin hasarına çırpıldı,


Digərləri 12 Okt 2018 14:04:00 263 0

Avtomobil icra hakimiyyətinin hasarına çırpıldı,

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Car kənd sakini 1953-cü il təvəllüdlü Abdulla Nəcməddin oğlu Ömərov idarə etdiyi "Niva" markalı minik avtomobili ilə rayonun Car kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını düzgün seçmədiyindən avtomobili Zaqatala Rayon İcra Hakimiyyəti aparatının inzibati binasının giriş qapısının kənarındakı daş hasara çırpıb. 

Qəzadan sonra sürücüsü A.Ömərov və avtomobildə sərnişinləri - Car kənd sakinləri 1968-ci il Leyla Əhməd qızı Əliyeva və 2010-cu il təvəllüdlü Məhəmməd Xəlil oğlu Ömərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Xəstəxanadan "Report"a bildirilib ki, yaralılardan 8 yaşlı M.Ömərov qapalı kəllə-beyin travması xəsarəti ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirlib. Digər yaralıların müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.