“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib (FOTO)


Digərləri 12 Okt 2018 14:02:36 229 0

“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib (FOTO)

“Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb.

Bakı. “Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb. Bu dəfə kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Komitədən Trend-ə verilən məlumata görə, sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən “Kütləvi çıxarış” kampaniyası 12 oktyabrda Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində keçirilib. Kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki, verilən çıxarışlardan 22-si pay torpaqlarına, 17-si fərdi yaşayış evlərinə, 11-i həyətyanı torpaqlara aiddir. Bunlardan da 18-i Birinci Biləcik kəndinin, 17-si ikinci Biləcik kəndinin, 15-i isə Baqqal kəndinin payına düşür.