Qara Qarayev prospektində avtomobil piyadanı vurub öldürdü


Digərləri 12 Okt 2018 13:56:46 247 0

Qara Qarayev prospektində avtomobil piyadanı vurub öldürdü

Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində “Mercedes” markalı avtomobillə piyada vurulub

Bakı. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-deə verilən məlumata görə, oktyabrın 11-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Elməddin Diniyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd İsbəndiyarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.