“Azərkosmos” və Bilik Fondu Azərbaycan Texniki Universitetində mühazirə təşkil edib (FOTO)


Digərləri 12 Okt 2018 13:40:00 247 0

“Azərkosmos” və Bilik Fondu Azərbaycan Texniki Universitetində mühazirə təşkil edib (FOTO)

“Azərkosmos” ASC Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti üçün “Azərbaycanın peyk layihələri” mövzusunda mühazirə keçirib.

Bakı. 11 oktyabr 2018-ci il tarixində “Azərkosmos” ASC Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti üçün “Azərbaycanın peyk layihələri” mövzusunda mühazirə keçirib. ASC-dən Trend-ə verilən məlumata görə, mühazirə iştirakçılarına “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və bu ilin 26 sentyabr tarixində uğurla orbitə buraxılan “Azerspace-2” telekommunikasiya peyki haqqında məlumat verilib.