Millət vəkili: "İnsanları aldadanlar məcburi köçkünlərin adından da suiistifadə edirlər ki, güzəştlər əldə etsinlər"


Digərləri 12 Okt 2018 13:30:17 307 0

Millət vəkili: "İnsanları aldadanlar məcburi köçkünlərin adından da suiistifadə edirlər ki, güzəştlər əldə etsinlər"

Azərbaycanda bir qrup insan bir mənzili bir neçə nəfərə satır, vətəndaşların vəsaitləri mənimsənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vətəndaşlara hüquqi əsası olmayan müqavilə verilir: "İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər".