Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)


Digərləri 12 Okt 2018 13:08:00 293 0

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) BP-nin dəstəyi ilə öz üzvləri üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

Bakı. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) BP-nin dəstəyi ilə öz üzvləri üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib. Trend-in məlumatına görə, nazir öz çıxışında enerji sektorunda son və gözlənilən dəyişikliklər və islahatlar, alternativ enerji və investisiya imkanları barədə danışıb. P.Şahbazov qeyd edib ki, xarici və yerli investisiyaların böyük hissəsini təşkil edən “AmCham”ın üzvləri Azərbaycanın iqtisadi uğurlarına və inkişafına dəstək verən şirkətlərdir. Nazir bildirib ki, enerji sektoru ABŞ-dan, o cümlədən böyük transmilli şirkətlərdən investisiyaların cəlb edilməsi üçün ilk sahələrdən, həmçinin, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ölkədəki investisiyalar yaxşı qorunur və bu da investisiyaların Azərbaycana yönəlməsi üçün daha bir təşviqedici amildir. P.Şahbazov daha sonra bərpa olunan enerji potensialı ilə bağlı məlumat verərək “Azəri-Çıraq-Günəşli” (AÇG) müqaviləsinin rolu və Azərbaycan iqtisadiyyatının inkişafı üçün Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb.