Bayılda sürüşmə prosesi aktivləşdi,


Digərləri 12 Okt 2018 12:54:00 53 0

Bayılda sürüşmə prosesi aktivləşdi,

Bayılda - Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə - Badamdar yolu bağlanılıb, maşınların hərəkətinə icazə verilmir.

Bu xəbəri də oxu: Uşaqlarda nitq qüsurları

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, 2012-ci ilin 1 dekabrında Badamdar-20-ci sahə avtomobil yolunun sağ cinahında baş vermiş sürüşmə prosesinin yayıldığı sahənin eni 180-220 metr, uzunluğu 200-250 metr arasında, qırılma qaşının hündürlüyü 9-10 metr olub. Həmin sürüşmə sahəsinin qarşısının alınması məqsədilə bu ərazidə 2013-cü ildə uzunluğu təxminən 150 metr olan istinad divarı tikilib, yamacda müəyyən hamarlaşma işləri aparılıb:

"Biz uzun müddət idi ki, həmin ərazidə monitorinq işləri aparırdıq. Bu vaxta qədər ciddi dəyişiklik hiss etməmişdik. Lakin oktyabrın ilk günlərində monitorinq zamanı kütlə üzərində yeni çatların, qırılmaların, kütlənin ilk səthində kiçik gölməcələrin yarandığı aşkarlandı. Eyni zamanda, 2013-cü ildə istinad edilmiş istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var. Bu barədə biz oktyabrın 3-də müvafiq orqanlara məlumat verdik ki, həmin yerdə yenidən gərginlik müşahidə edilir. Həmin proses bu gün daha da gərginləşib və sürüşmə prosesinin dinamikasında ciddi gərginlik müşahidə edilir".

Hazırda bu prosesin aktiv fazada olduğunu və davam etdiyini deyən Ə.Qaralov qeyd edib ki, bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər. Ərazi ilə hazırlanan ETSN tərəfindən hesabat dövlət orqanlarına təqdim ediləcək.

“Bank Respublika”dan sərfəli şərtlərlə əmanət təminatı ilə kredit like
  • 12 Okt 12:53  
Digərləri “Bank Respublika”dan sərfəli şərtlərlə əmanət təminatı ilə kredit

Bank Respublika əmanət təminatı ilə krediti komissiyasız təqdim edir

arrow Ətraflı
Qalmaqallı veriliş iştirakçısı adam vurdu like
  • 12 Okt 12:53  
Dünya Qalmaqallı veriliş iştirakçısı adam vurdu

Avtomobillə adam öldürən tanınmış tv ulduzu həbs olunub.

arrow Ətraflı
Faiq Ağayev: like
  • 12 Okt 12:50  
Digərləri Faiq Ağayev:

Xalq artisti Faiq Ağayev hər hansı bir yanlış hərəkəti olanda, anasını

arrow Ətraflı
Hazırlıq kurslarının qeydiyyatı daha 3 gün uzadıldı like
  • 12 Okt 12:48  
Digərləri Hazırlıq kurslarının qeydiyyatı daha 3 gün uzadıldı

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin

arrow Ətraflı
Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb like
  • 12 Okt 12:46  
Digərləri Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb

Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb

arrow Ətraflı
BakıTbilisiQars dəmir yolu ilə 3 mindən çox vaqon və konteyner daşınıb like
  • 12 Okt 12:39  
Digərləri BakıTbilisiQars dəmir yolu ilə 3 mindən çox vaqon və konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq 3 mindən çox vaqon və konteyner da

arrow Ətraflı
Bakıda 2 marşrut xəttində dəyişiklik edilib like
  • 12 Okt 12:37  
Digərləri Bakıda 2 marşrut xəttində dəyişiklik edilib

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə&quo

arrow Ətraflı
Bayılda sürüşmə prosesi aktivləşdi, Badamdar-"20-ci sahə" yolu bağlandı like
  • 12 Okt 12:37  
Digərləri Bayılda sürüşmə prosesi aktivləşdi, Badamdar-"20-ci sahə" yolu bağlandı

Bayılda - Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununl

arrow Ətraflı
Millət vəkili: İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır like
  • 12 Okt 12:35  
Digərləri Millət vəkili: İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır

Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahid

arrow Ətraflı
Qadın sərnişin təyyarədə iyrənclik etdi  VİDEO  FOTO like
  • 12 Okt 12:35  
Digərləri Qadın sərnişin təyyarədə iyrənclik etdi VİDEO FOTO

Təyyarədə iyrənc hərəkətlər edən qadını digər sərnişinlər mobil t

arrow Ətraflı
"Atam məni döyüb, əccəb edib" like
  • 12 Okt 12:30  
Şou-biznes "Atam məni döyüb, əccəb edib"

ARB TV-nin "Canım Sizə desin" verilişinin növbəti qonağı xalq

arrow Ətraflı