Millət vəkili: "İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır"


Digərləri 12 Okt 2018 12:57:00 332 0

Millət vəkili: "İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır"

Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.