“Bank Respublika”dan sərfəli şərtlərlə əmanət təminatı ilə kredit


Digərləri 12 Okt 2018 12:53:00 300 0

“Bank Respublika”dan sərfəli şərtlərlə əmanət təminatı ilə kredit

Bank Respublika əmanət təminatı ilə krediti komissiyasız təqdim edir

Bakı. Planlarınızın həyata keçirilməsi üçün sizə təcili pul lazımdır? Siz özünüz müəyyən qədər pul yığıbsınız, amma onu sərf etmək istəmirsiniz,əksinə qoruyub saxlamaq və artırmağa can atırsınız? Bank Respublika bununla bağlı sizə effektiv həll yolu təklif edir – Əmanət təminatı ilə kredit! Bank Respublika-da əmanət açmaqla siz, mümkün qədər qısa vaxtda əlverişli şərtlərlə istənilən məqsədlər üçün kredit və kredit xəttini rəsmiləşdirə bilər, eləcə də əmanət üzrə sabit faizləri saxlaya bilərsiniz. Kreditin maksimal məbləği əmanət məbləğinin 85% təşkil edir, kredit müddəti isə əmanət müqaviləsinin müddətinə bərabərdir. Əmanətlə təminatı ilə krediti “Bank Respublika”nın istənilən filialında rəsmiləşdirmək mümkündür. Kredit həm manatda həm də də xarici valyutada komissiyasız verilir.