Bakıda iki marşrut xəttində dəyişiklik edilib


Digərləri 12 Okt 2018 12:24:25 195 0

Bakıda iki marşrut xəttində dəyişiklik edilib

Bakıda iki marşrut xəttində dəyişiklik edilib.

Bakı. Samir Əli - Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.