Zamirə Hacıyevanın 21 milyon dollarlıq alışveriş etdiyi Harrods dükanı haqqında 5 fakt


Digərləri 12 Okt 2018 11:45:00 263 0

Zamirə Hacıyevanın 21 milyon dollarlıq alışveriş etdiyi Harrods dükanı haqqında 5 fakt

Bahalı satışları və yaşıl torbaları ilə tanınan Londonun məşhur Harrods dükanı, dünyada ən böyük və ən tanınmış alış-veriş mərkəzlərindən biridir.

Yeddi mərtəbəli Harrods dükanında dəbdəbəli və gündəlik istifadə olunan əşyalar satılır. Dükanda, əsasən, imkanlı, zəngin insanlar alış-veriş edirlər.

Son.az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, bu günlərdə isə onun adı daha çox Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ilə hallanır.

Xanım Hacıyevanın 10 il ərzində burada 16 milyon funt sterlinq (35.85 milyon manat) xərclədiyi bildirilir.

"Hər şey insanlar üçün, hər yerdə"

Dükan hər il dünyanın müxtəlif yerlərindən, təxminən, 15 milyon müştəri cəlb edir. Onun devizi isə Omnia Omnibus Ubique - yəni "Hər şey insanlar üçün, hər yerdə"dir.

Londonun zəngin Knightsbridge rayonunda yerləşən dükanın əsası 1849-cu ildə Charles Henry Harrod tərəfindən qoyulub. İlk günlərdə dükanın sadə bir otağı olub və iki satıcı işləyib. Həmin vaxtlar dükanda, əsasən, çay və ərzaq məhsulları satılırdı.

1880-ci ildə isə Harrods artıq genişlənmiş univermaq idi və orada dərman məhsullarından tutmuş, ətir, geyim və ərzağa qədər müxtəlif məhsullar satılırdı. Onun müştəriləri isə əsasən varlılar idi.

Yanğından sonrakı Harrods

Onun daha da genişlənməsinə isə 1883-cü ildə baş vermiş yanğın mane olur. Yanğından sonra onun binası tamamilə dağılır. Bu isə dükanın sahiblərini həvəsdən salmır. Onlar dükan üçün hazırda da fəaliyyət göstərən binanı inşa etdirirlər.

Harrods 1889-cu ildə ictimai şirkətə çevrilir. 1890-cu ilə qədərsə onun nəzdində bank və əmlak agentliyi yaradılır. Bundan başqa dükanın bir şöbəsində 1970-ci illərə qədər ekzotik ev heyvanları satılıb.

Dünyanın ilk eskalatorlarından biri də 1898-ci ildə məhz Harrodsda quraşdırılıb.

Müharibə dövrünün dükanı

İkinci Dünya Müharibəsi illərində dükan dəbdəbəli malların satışını dayandıraraq, uniformaların və paraşütlərin istehsalına başlayır.