Kiyani: "İrandan Cənubi Koreyaya neft ixracı dayandırılmayacaq"


Dünya 12 Okt 2018 11:35:00 253 0

Kiyani: "İrandan Cənubi Koreyaya neft ixracı dayandırılmayacaq"

Cənubi Koreya İran neftinin ən böyük müştərilərindən biridir. Bu ölkəyə neft ixracı sıfıra enməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran və Cənubi Koreya Ticarət və Energetika Palatasının rəyasət heyətinin üzvü Kiya Kiyani deyib.

Onun sözlərinə görə, sanksiyalarda ən ciddi məsələ İran neftinin satın alınmasını sıfıra endirmək idi. Cənubi Koreya bundan öncəki sanksiyalarda ABŞ-ın Xəzinədarlıq Departamentindən icazə almışdı və gündə İrandan təxminən 180 min barel neft satın alırdı.