Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edildi (ÖZƏL)


Digərləri 12 Okt 2018 11:36:56 239 0

Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edildi (ÖZƏL)

Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara müraciət edildi.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib. Bunu özəl olaraq Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır. Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb: