"Hələ ki qarşıma sözünün ağası olan insan çıxmayıb" FOTO


Digərləri 12 Okt 2018 11:22:00 313 0

"Hələ ki qarşıma sözünün ağası olan insan çıxmayıb"  FOTO

Son.az Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın modern.az saytına müsahibəsini təqdim edir:

- Samayə xanım, əksər hallarda mətbuat katiblərinə təmsil olunduqları qurum barədə suallar ünvanlayırıq.  Bu dəfə fərqlilik etmək istəyirik. Öncə soruşaq: əhvalınız necədir?

- Çox sag olun. Ən azından bu gün dünənkindən daha yaxşıdır. Sabah isə  bugundən də gözəl olacaq. Demək ki, əhvalım əladır...

- Təxminən bir ay bundan qabaq  Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlər arasında siz də varsız. Bir xanım olaraq hisslərinizi bizimlə bölüşərdiniz?

- Təbii ki, qürur, sevinc, məsuliyyət hissi və çox böyük stimul... Cənab Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülmək sadəcə gördüyün işə verilən yüksək qiymət deyil, eyni zamanda, işinə daha fərqli və daha məsuliyyətli yanaşmadır.

Bilirsiniz, cənab Prezidentin mənzil hədiyyə etdiyi mətbut katibləri arasında mən də varam.  Bu il isə ölkə başçısı tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə"  medalı ilə təltif olundum. 2013-2014 cü illərdə "2017-2015-ci illərdə Xaricdə təhsi Dövlət Proqramı" vasitəsi ilə İngiltərinin Nyukastl universitetində media, PR və kommunikasiya sahəsi üzrə maqistr dərəcəsi almışam. Dövlətimin qayğısını, arzularımın gerçəkləməsi istiqamətində mənə göstərilən dəstəyi gördüyüm zaman qürur və sözün əsl mənasında sevinc hissi duyuram. Bütün bunlar mənə böyük stimul verir.

- Uzun illərdir ki, mətbuat katibi vəzifəsində çalışırsınız.  Bunun çətin və fərqli tərəfləri nədən ibarətdir? 

- Mətbuat katibini çalışdığı qurumun siması, bu qurumla media arasında körpü də adlandırmaq olar. Mətbuat katibini eyni zamanda, əlaqələndirici şəxs və hətta qurum üçün ən həssas məqamların həllində bilavasitə təsiredici qüvvə də adlandırmaq olar.

Əgər körpünün bünövrəsi möhkəm və sağlam dayaqlar üzərində qurulubsa, demək ki, burada etibar və güvəndən əminliklə danışmaq olar. 

Bilirsiniz, bu sahədə  yaradıcı və yeni ideyalarla zəngin olmaq da önəmli  və faydalı tərəflərdən biridir. Mətbuat katibi vəzifəsinə televiziyadan gəlməyim bu işin incəliklərini daha dərindən bilməmdə mənə çox böyük yardımçı oldu. 1998-2004-cü illərdə "Space" Müstəqil Teleradio şirkətində aparıcı, müəllif olaraq çalışmışam. Əminliklə deyə bilərəm ki, işə fərqli yanaşmada, nazirlik tərəfindən həyata keçirilən layihələrin media vasitəsi ilə ictimaiyyətə  daha kreativ çatdırılmasında, bütün bunlarla yanaşı, media incəliklərinə bələd olmamda televiziya məktəbinin əvəzsiz  rolu olub.

Əgər bu sahənin fərqli tərəflərindən danışırıqsa,  jurnalist yazdığı yazıya, süjetə cavabdehdir. Mətbuat katibi isə təmsil etdiyi qurumun siması olmaqla bu qurumun mediada, ictimaiyyətdə nüfuzuna birbaşa cavabdeh olan şəxslərdən biridir. 

- Nə zamansa mətbuat katibliyindən getmək barədə düşünmüsünüzmü?

- 14 ildən artıqdır ki, mətbuat katibi olaraq çalışıram. Bu sahədə ilk sınağım 2004-2005-ci illərdə Vergilər Nazirliyinin media departamentində olub. 2005-2007-ci illərdə isə  Səhiyyə Nazirliyində mətbuat katibi olaraq çalışmışam.  Son 11 ili Gənclər və İdman Nazirliyinin mətbuat katibi olaraq fəalliyyətimi davam etdirirəm. 


Xəbərə aid fotolar