Bakıda və Göyçayda cüzdan oğrluları saxlanılıb


Digərləri 12 Okt 2018 11:14:00 215 0

Bakıda və Göyçayda cüzdan oğrluları saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən Trend-ə verilən məlumata görə, paytaxtın Neftçilər prospektində Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asdığı çantadan içərisində 2660 manat olan pulqabısının oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən avtobusda paytaxt sakini olan bir qadının çantasından içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.