ABŞ Prezidentinin müşaviri Azərbaycana gəlir


Siyasət 12 Okt 2018 11:03:37 260 0

ABŞ Prezidentinin müşaviri Azərbaycana gəlir

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə C.Bolton "Twitter"dəki səhifəsində yazıb.

Müşavir qeyd edib: "Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərlər edəcəyəm, həmkarlarımla və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcəyəm".