Məşhur reper Trampla görüşdü


Digərləri 12 Okt 2018 11:04:00 276 0

Məşhur reper Trampla görüşdü

Məşhur amerikalı reper, 41 yaşlı Kanye Uest Ağ Evə yollanıb, ABŞ prezidenti Donald Trampla görüşüb.

Donald Trampa xüsusi rəğbəti ilə tanınan reperin dövlət başçısı ilə görüşü MSNBC telekanalında translyasiya olunub.

Son.az CBS-ə istinadən bildirir ki, Uets Trampla görüşə başında "Make America Great Again" ("Amerikanı yenidən qüdrətli edək") yazılı qırmızı beysbolkada yollanıb.

"Bu papaq mənə qüvvət verir. Şüar hələ prezident seçkiləri zamanı diqqətimi cəlb etmişdi. Bu papaqda nə isə var. Onu başıma qoyanda özümü Supermen kimi hiss edirəm", - Uest deyib.

Görüşdə Donald Trampın qızı İvanka, kürəkəni və baş müşaviri Cared Kuşner də iştirak ediblər. Oval Kabinetə Amerika futbolunun canlı əfsanəsi, 82 yaşlı Cim Braun da dəvət olunmuşdu.

Uzun-uzadı nitq söyləyən Uest siyasi baxışlarından bəhs edib, psixikasının bipolyar pozuntuya məruz qalmadığını deyib, Hillari Klintonu dəstəkləməməsinin səbəblərini açıqlayıb və sonda iPlane yaratmağı təklif edib.

Uest 10 dəqiqə danışdığı üçün jurnalistlər reperə sual verə bilməyiblər.