“Bağdadda bir gün”- Musiqili Teatrda mövsümün ilk premyerası (FOTO)


Digərləri 12 Okt 2018 11:03:47 292 0

“Bağdadda bir gün”- Musiqili Teatrda mövsümün ilk premyerası (FOTO)

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – “Bağdadda bir gün” ikihissəli musiqili komediyası nümayiş olunacaq.

Bakı. Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – “Bağdadda bir gün” ikihissəli musiqili komediyası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşa Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanıb. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası olan bu tamaşanı “böyüklər üçün nağıl” da adlandırmaq olar. Çünki insanlar “zaman və məkan” anlayışından asılı olmayaraq, hər an xoşbəxtlik arzusundadırlar. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir. Əsərdə qəhrəmanların bir çox maneələrə baxmayaraq, pak məhəbbət axtarışı xoşbəxt sonluqla nəticələnir, şəhvət hissi ilə ülvi sevgini bir-birindən ayırmayanlar isə öz cəzasına çatırlar.