Avtomobil sürən modelin boynuna güllə girdi


Dünya 12 Okt 2018 10:47:00 265 0

Avtomobil sürən modelin boynuna güllə girdi

Model avtomobil idarə edərkən başına güllə dəyib.

Son.az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Corciya ştatında yaşayan model Kelsi Kveyl (Kelsey Quayle) avtomobil idarə edərkən naməlum şəxs atəş açıb.

Boynundan güllə yarası alan model avtomobilin idarəetməsini itirib və nəticədə zəncirvari qəza baş verib. Onun avtomobili digər iki avtomobilə çırpılıb.

Model hazırda xəstəxanada müalicə alır. Komaya düşən Kelsinin vəziyyəti ağırdır. Həkimlərin dediyinə görə artıq onun beyni fəaliyyətini dayandırıb.


Xəbərə aid fotolar