Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır - ANONS


Digərləri 12 Okt 2018 10:34:00 273 0

Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır - ANONS

“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir.

Bakı. “Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir. Belə ki, şirkət sosial layihə olaraq, “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) kimi xeyriyyə xarakterli 3 aylıq kurslar təşkil etməyə hazırlaşır. Kursa Qarabağ qaziləri, şəhid ailələrinin övladları və ailə üzvləri (17-25 yaş arası) cəlb ediləcək. Qeyd edək ki, 48 saatlıq proqram əsasında təşkil olunacaq kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər Odlar Yurdu Universitetinin “Texnoparkında” “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin müəllimləri tərəfindən tədris olunacaq.