Pakistan ABŞ-ın nüvə sazişindən çıxmasını tənqid edib


Digərləri 12 Okt 2018 10:38:00 202 0

Pakistan ABŞ-ın nüvə sazişindən çıxmasını tənqid edib

Pakistan ABŞ-ın İranla 5+1 qrupu arasında əldə olunmuş Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasını tənqid edib.

Bakı. Pakistan ABŞ-ın İranla 5+1 qrupu arasında əldə olunmuş Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasını tənqid edib. Trend-in məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd Feysəl deyib ki, Birləşmiş Ştatlar Hərtərəfli Birgə Fəaliyyət Planını tərk etdiyi vaxtdan İran həmin sazişin müddəalarına sadiq qalıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də öz hesabatlarında bu rəyi təsdiqləyib.