Rabitəbank Azərbaycanda ilk zəmanətli ipoteka kreditini verdi!


Digərləri 12 Okt 2018 10:19:00 279 0

Rabitəbank Azərbaycanda ilk zəmanətli ipoteka kreditini verdi!

Rabitəbank “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu”na kredit zəmanətləri üzrə müvəkkil bank kimi secildikdən sonra banklar arasında ilk olaraq zəmanətli ipoteka krediti verib.

Bakı. Rabitəbank “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu”na kredit zəmanətləri üzrə müvəkkil bank kimi secildikdən sonra banklar arasında ilk olaraq zəmanətli ipoteka krediti verib. İpoteka kreditini zəmanətli şərtlərindən istifadə etməklə borcalan kreditin maksimal məbləğindən faydalanmaq imkanı əldə edib. İpoteka kreditlərinə zəmanətlərin verilməsi əsas məqsədi əhalinin daha böyük təbəqəsinin ipoteka kreditlərinə çıxışını təmin etmək, eyni zamanda, kredit təşkilatlarını ipoteka kreditinin defoltu səbəbilə yarana biləcək itkilərdən qorumaqdır. İpoteka krediti üzrə zəmanətin verilməsi potensial borcalana 15%-dək olan ilkin ödənişlə ipoteka krediti almağa imkan verir. Zəmanətin verilən adi kreditlər üzrə illik faiz dərəcəsi 7%, güzəştli kreditlər üzrə isə 3,7% təşkil edir.